Əliağa Əli oğlu Əzizov

1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2017-ci ildə Azərbaycan Memarlıq və  İnşaat Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib. 2018-2020-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təqaüd proqramı çərçivəsində Macarıstanın Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetində Su ehtiyatlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili almışdır. Eləcə də, Hollandiyanın Delft Universitetində "Su diplomatiyası" mövzusu üzrə ixtisasartırma kursunu müvəffəqiyyətlə bitirmişdir.

İlk əmək fəalliyyətinə 2020-ci ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi kimi başlamışdır.

2024-cü ildən etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin Elm və innovasiya sektorunun müdiri, 2025-ci ildə isə həmin şöbənin müdir müavini vəzifəsinə təyin olunmuşdur. 2026-cı ildən etibarən Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində rəis müavini kimi fəaliyyətini davam etdirir. 

 

Evlidir.