SİMDNX-nın 2026-cı ilin birinci yarımilliyinin yekunlarına və qarşıda duran hədəflərə dair hesabat iclası keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində 2026-cı ilin birinci yarımilliyinin yekunlarına və qarşıda duran hədəflərə dair hesabat iclası keçirilib.

Tədbirdə Xidmət rəisi Rafiq Aslanov, Xidmət rəisinin müavinləri, Xidmətin aparatının şöbə müdirləri, regional bölmələrin rəisləri və aidiyyəti struktur bölmələrinin rəhbərləri iştirak ediblər.

İclasda cari ilin birinci yarımilliyi ərzində Xidmət tərəfindən görülmüş işlər və əldə olunmuş nəticələr geniş təhlil olunub, qarşıda duran vəzifələr və fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər müzakirə edilib.

Tədbirdə struktur bölmələrinin rəhbərləri hesabat məruzələri ilə çıxış edərək aidiyyəti istiqamətlər üzrə görülmüş işlər, mövcud vəziyyət və qarşıda duran əsas hədəflər barədə məlumat veriblər.

İclasın sonunda Xidmət rəisi fəaliyyətin səmərəliliyinin artırılması, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması ilə bağlı müvafiq tapşırıqlar verib.