Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Şahbuz Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin birgə təşkilatçılığı ilə "Sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə ətraf mühitin mühafizəsi, o cümlədən sudan səmərəli və qanuni istifadə" mövzusunda tədbir keçirilib.
Tədbirdə suyun qorunması və səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyətindən danışılıb.
Həmçinin iştirakçıları maraqlandıran suallar da ətraflı cavablandırılıb.


