14 saylı Naxçıvan regional bölməsi tərəfindən maarifləndirici görüş təşkil edilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı Naxçıvan regional bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlarla su obyektlərindən xüsusi məqsədlər üçün istifadə sahəsində qanunvericilikdə edilmiş yeniliklərə həsr olunmuş maarifləndirici görüş təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanından, eləcə də Nazirlər Kabinetinin bu sahə üzrə yeni qəbul etdiyi qərarlardan irəli gələn tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ödənişli əsaslarla həyata keçiriləcək. Yeni qaydaların tətbiqi, hüquqi tələblər və sahibkarların öhdəlikləri barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirici tədbirin əsas məqsədi qanunvericilikdə edilmiş dəyişikliklər barədə sahibkarları məlumatlandırmaq, su ehtiyatlarından səmərəli, məsuliyyətli və qanunvericiliyin tələblərinə uyğun istifadənin təşviq olunmasıdır.