ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində fəaliyyət göstərdikləri müddətdə su ehtiyatlarının qorunması, suların səmərəli istifadəsi və mühafizəsinə dövlət nəzarətinin təmin edilməsi, ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin icrası istiqamətində nümayiş etdirdikləri yüksək peşəkarlıq, məsuliyyətli və nümunəvi fəaliyyətləri, eləcə də xidməti vəzifələrinin icrası zamanı göstərdikləri prinsipiallıq, obyektivlik və dövlət maraqlarına sədaqətə görə 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Xidmətin bir qrup əməkdaşı təltif olunub.


