Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 9 saylı Qazax-Tovuz regional bölməsi Ağstafa Rayon İcra Hakimiyyəti ilə birlikdə Ağstafa şəhərində geniş tərkibli görüş keçirib.
Tədbirdə rayonda fəaliyyət göstərən müəssisələrin rəhbərləri, Ağstafa DAİM və SİB rəhbərləri, bələdiyyələr, yerli icra nümayəndəlikləri, həmçinin su istifadəçisi olan fiziki və hüquqi şəxslər iştirak ediblər. Görüşə Ağstafa SMSİİ və Ağstafa Hİİ-nin rəhbərliyi də qatılıb.
Görüşdə SİMDNX-nin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri haqqında ətraflı məlumat verilib. Sudan səmərəli və qənaətlə istifadə edilməsi, istehlakçılara ədalətli çatdırılması, suyun çirkləndirilməsinin qarşısının alınması, su itkisinin minimuma endirilməsi, hidrotexniki qurğuların istismarı və qorunması, tullantı sularının idarə olunması kimi prioritet məsələlər geniş müzakirə olunub.
Sonda 9 saylı Qazax-Tovuz regional bölməsinin rəisi Eldar Abbasov iştirakçıların suallarını cavablandırıb.
