16 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən təşkil olunan əmək yarmarkasında SİMDNX-nin 8 saylı Şərqi Zəngəzur regional bölməsi iştirak edib.
Tədbirdə xüsusi nümayəndəlik, Şərqi Zəngəzur regional məşğulluq filialı, sosial tərəfdaşlar və işaxtaran şəxslər iştirak ediblər.
Əmək yarmarkası çərçivəsində regional bölməyə peşəkar kadrların cəlb edilməsi məqsədilə Xidmətin fəaliyyət istiqamətləri, vakansiyalar və işə qəbul qaydaları barədə iştirakçılara geniş və ətraflı məlumat verilib.

