17 dekabr 2025-ci il tarixində SİMDNX-nin 8 saylı Şərqi Zəngəzur regional bölməsi Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur regional məşğulluq filialı tərəfindən təşkil olunan dəyirmi masada iştirak edib.
Tədbirdə xüsusi nümayəndəlik, Şərqi Zəngəzur regional məşğulluq filialı və sosial tərəfdaşlar da iştirak ediblər.
Tədbir zamanı regional bölmənin kadr potensialının gücləndirilməsi məqsədilə Xidmətin fəaliyyət sahələri, mövcud iş imkanları, eləcə də işə qəbul mexanizmləri barədə iştirakçılara ətraflı məlumat verilib.
