SİMDNX-da Dövlət İmtahan Mərkəzi tərəfindən praktiki təlim keçirilib

22 dekabr tarixində ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin təlimçisi Zeynal Cabarov tərəfindən “Dövlət qulluqçularının etik davranış qaydaları və korrupsiyaya qarşı mübarizə” mövzusunda praktiki təlim keçirilib.

Təlimdə Xidmətin müxtəlif struktur bölmələrində işləyən dövlət qulluqçuları iştirak edib.

Təlimin keçirilməsində məqsəd əməkdaşların fəaliyyətləri zamanı etik davranış qaydalarının tətbiqi ilə bağlı biliklərinin möhkəmləndirilməsi və korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin gücləndirilməsi olub.

Təlimdə iştirak edən əməkdaşlara Dövlət İmtahan Mərkəzi tərəfindən sertifikatlar təqdim edilib.