ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmətin və “Azərsun Holdinq” MMC-nin aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 18 dekabr tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Su obyektlərinə zərərli təsirlərin yol verilən normaları”, eləcə də 1992-ci il 3 mart tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi haqqında” və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş tələblər müzakirə olunub.
Həmçinin su obyektlərinə zərərli təsirlərin qarşısının alınması istiqamətində görüləcək tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
