ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmət və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib

4 fevral 2026-cı il tarixində ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmət və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tədbirdə Xidmətin rəis müavinləri Tural Abbasov və Əliağa Əzizov, “Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin direktoru Ceyhun Əliyev və aidiyyəti qurumların digər məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” çərçivəsində akvakultura fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin su obyektlərindən su götürməsi və axıdılmasının rəsmiləşdirilməsi və bu Fərmandan irəli gələn tələblərin həyata keçirilməsi müzakirə olunub.