Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə Fransa–Azərbaycan Universiteti (UFAZ) arasında birgə tədris prosesi həyata keçirilir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə Fransa–Azərbaycan Universiteti (UFAZ) arasında qurulmuş akademik əməkdaşlıq çərçivəsində “Water Resources and Management” magistr proqramı üzrə təhsil alan tələbələr üçün nəzəri və praktik biliklərin inteqrasiyasına əsaslanan birgə tədris prosesi həyata keçirilir.

Tədris prosesi çərçivəsində tələbələr ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin monitorinq və kadastr, uçot və reyestr şöbələrində görülən işlərlə tanış olub.

Daha sonra Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi laboratoriyada bulanıq suların duruldulması üçün aparılan koaqulyasiya sınaqlarında iştirak ediblər.

Tədris prosesində tələbələrə Xidmətin fəaliyyət istiqamətləri ilə bağlı geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.