Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib

13 mart 2026-cı il tarixində Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

İclasda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, SİMDNX-in 11 saylı Mərkəzi Aran regional bölməsinin rəisi Elşən Əliyev, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov, eləcə də şura üzvləri və KİV nümayəndələri iştirak ediblər.

Gündəliyə daxil edilən üç əsas məsələdən biri Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin Mingəçevir şəhəri üzrə fəaliyyəti haqqında hesabat olub.

İclasda ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 11 saylı Mərkəzi Aran regional bölməsinin rəisi Elşən Əliyev çıxış edərək Mingəçevir şəhərində həyata keçirilmiş monitorinqlərin nəticələrinə dair ümumiləşdirilmiş məlumatları təqdim edib. Çıxış zamanı su qanunvericiliyində edilmiş dəyişikliklər, bu sahədə nəzarət tədbirlərinin gücləndirilməsi və ictimai iştirakçılığın artırılması məsələlərinə də toxunulub.

Müzakirələrdən sonra gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.