SİMDNX-nin inzibati binasında Mülki Müdafiə Qərargahının tədbiri təşkil olunub

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) inzibati binasında Mülki Müdafiə Qərargahının tədbiri təşkil olunub.

SİMDNX-nin Mülki Müdafiə Qərargahının rəisi İlqar Həsənov çıxış edərək mülki müdafiənin rolundan danışıb. Qərargah rəisi iclas iştirakçılarına Xidmətdə baş verə biləcək fövqəladə hallar zamanı təhlükəsizliyin təmin olunması və düzgün davranış qaydaları barədə məlumat verib.

Bununla yanaşı, Qərargah üzvləri arasında mümkün risklərin minimuma endirilməsi, fövqəladə hallara hazırlıq və qabaqlayıcı tədbirlərlə bağlı müzakirələr aparılıb.