SİMDNX nümayəndəsi Regional Ətraf Mühit Samitində (RES-2026) iştirak edib

ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin Kadastr, Uçot və Reyestr şöbəsinin müdiri Rafiq Verdiyev Regional Ətraf Mühit Samitində (RES-2026) iştirak edib.

Samit çərçivəsində keçirilən “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsirlərin öyrənilməsi, bu prosesin daha da sürətlənməsinə səbəb olan amillərin qarşısının alınması və uyğunlaşma sahısində tədbirlərinin hazırlanması” üzrə Qazaxıstan-Azərbaycan işçi qrupunun ilk iclasında Rafiq Verdiyev “Xəzər dənizinin dalğalanmalarının əsas amilləri” adlı məruzə ilə çıxış edib.

Qeyd edək ki, Regional Ətraf Mühit Samiti 22-24 aprel tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilir. Samitdə regiondakı dövlət qurumlarından, beynəlxalq təşkilatlardan, inkişaf institutlarından, bizneslərdən və vətəndaş cəmiyyətindən təxminən 1500 nəfər iştirak edir.

Tədbirin əsas məqsədi Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq çərçivəsində iqlim və ətraf mühit problemlərinə regional həll yolları tapmaqdır.