Azərbaycan Dövlət Su Ehtiyatları yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəisi Səttar Nəsirov və Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidmətinin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Malik Rzayev Babək rayonunda vətəndaşlarla görüş keçiriblər.
Görüş zamanı vətəndaşların şikayət və müraciətləri dinlənilib. Problemlərin bir qismi dərhal öz həllini tapıb, əlavə araşdırma tələb edən məsələlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq tapşırıqlar verilib.

