Naxçıvanda "Suların istifadəsi və mühafizəsi" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda suların istifadəsi və mühafizəsi mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional bölməsinin rəisi Səttar Nəsirov çıxış edərək su ehtiyatlarının məhdudluğu və iqlim dəyişmələri, onların səmərəli istifadəsi və mühafizəsi ilə bağlı məsələlərin vacibliyindən danışıb.

Bölmə rəisi Xidmətin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər, su və su təsərrüfatı obyektlərindən düzgün istifadə barədə ətraflı məlumat verib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.